Kinorejissor: “Elə bilirlər, cırıq şalvar geyinməklə müasirləşirlər”
Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov “Gənclərin II Ümumrespublika Teatr Festivalını əhəmiyyətindən danışıb. Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalın keçirilməsini təqdirəlayiq bir hadisə kimi qiymətləndirilən Əbdül Mahmudov bildirib ki, hazırda bu cür festivalların keçirilməsinə zərurət var: “Gəncləri teatra gətirən, onları ruhlandıran, bu peşəni sevməyi təlqin edən hər bir ideya alqışa layiqdir. Odur ki, mən ikiəlli bu festivalı alqışlayır və dəstəkləyirəm. Təşkilatçılara böyük minnətdarlığımı ifadə edirəm. Çox istərdim ki, belə festivallar tez-tez keçirilsin. Birinci növbədə hesab edirəm ki, gənclər arasında mədəni mübadilə baş verəcək, qalib olmaq uğrunda yarışacaqlar, yaradıcılıq potensiallarını ortaya qoyacaqlar. Bəlkə də onların arasında elə bir istedadlı cavan ortaya çıxdı ki, mən elə özüm onu filmə dəvət edəcəyəm”.
Gənclərin bir qisminin aktiv, yaradıcılığa meylli, öyrənmək və təcrübə qazanmaq niyyətində olduğunu deyən kinorejissor problemlərdən də danışıb: “Elə gənclər var ki, vallah, heç teatrın qapısını tanımır. Soruşsan ki, Akademik Milli Dram Teatrı, yaxud Gənc Tamaşaçılar Teatrı harada yerləşir, bilməzlər. Teatra getməyib axı. Uzaqbaşı “Leyli və Məcnun” operasının adını çəkə bilər, o da eşitdiyinə istinadən. Məncə, bu problem hər kəsi düşündürməlidir”.
Əbdül Mahmudov bunun səbəbini teatrın təbliğatının zəif olmasında görüb: “Ümumtəhsil məktəbləri təbliğatla məşğul olmalıdır, uşaqlara ilk siniflərdən teatrı, kinonu sevdirməlidirlər. Hansı məktəb uşaqları teatra, kinoya aparır? Heç biri. Elə buna görə də gənclər internetə, müxtəlif virtual əyləncələrə uyaraq ciddi sənət növləri olan kinonu, teatrı yadırğayıblar. Soruşanda da deyirlər ki, neynirik kinoya, teatra getməyi, elə evdə oturub internet vasitəsilə kinoya da baxırıq, teatra da. Əlbəttə, bütün bunlar gəncliyi intellektual inkişafdan, estetik zövqdən məhrum edir, dünyagörüşünün formalaşmasına mənfi təsirini göstərir. Gənclərə elə gəlir ki, cırıq şalvar geyinməklə müasirləşirlər. Amma düşünmürlər ki, müasirləşmə beyində, intellektdə baş verməlidir”.
Qeyd edək ki, layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər saytları və Araz FM radiosudur.

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26