
Nisə Qasımovadan qəti qərar: “Danışmayacam...”
Bu barədə Lent.az-a açıqlamasında xalq artisti özü deyib. Onun sözlərinə görə, daha əvvəlki kimi KİV-lərə müsahibə vermək niyyətində deyil. Nisə Qasımova buna bir çox səbəblər olduğunu deyib: “Bəzi qələm əhli, eləcə də canlı verilişlərdə, söylədiklərimin bir çoxu təhrif olunaraq, düzgün olmayan şəkildə çatdırılır. Belə düşünürəm ki, məndən müsahibə alarkən yalnız öz prizmalarını düşünürlər. Hər zaman mənim keyfiyyətsiz fotolarımı saytda yerləşdirirlər, mənim haqqımda yazdıqlarına qeyri-ciddi yanaşırlar. Bütün bunlar məni onlardan uzaqlaşdırır. Amma buna baxmayaraq, qələminə hörmət etdiyim şəxslər var və tezliklə onlarla görüşəcəyəm. Bu işdə mənə mətbuat katibim kömək edəcək”.
Qeyd edək ki, xalq artisti uzun müddətdir, televiziya və mətbuatda görünmür.
Jalə
Qeyd edək ki, xalq artisti uzun müddətdir, televiziya və mətbuatda görünmür.
Jalə
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06