“Yeddi Gözəl” Belarusda
Belarusda Azərbaycan Mədəniyyəti günləri, Azərbaycan və Belorus opera və balet teatrları arasında mədəni əməkdaşlıq haqqında imzalanan Memorandum çərçivəsində Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Q.Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunub. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, tamaşada minskli baletsevərlərlə yanaşı, Belorus respublikasının siyasi rəhbərliyini təmsil edən yüksək vəzifəli şəxslər, yaradıcı ziyalılar, KİV-i və əsas televiziya kanallarının çəkiliş qrupları iştirak ediblər.
“Yeddi gözəl” baleti tamaşaçıların sürəkli alqışları, “bravo” sədaları altında keçib, tamaşanın sonunda isə bütün zal ayağa qalxaraq balet ustalarımızı uzun müddət alqışlayıb. Tamaşadan sonra Belorus Opera və Balet Teatrının direktoru Vladimir Pavloviç Qridyuşko çıxış edib: “Bu gün biz sözün həqiqi mənasında Azərbaycan baletinin möhtəşəm qələbəsinin şahidi olduq. Tamaşa çox baxımlıdır. Son dərəcə gözəl dekorasiyalar, parlaq səhnə kostyumları göz oxşayır, həmçinin balet artistlərinin yüksək professional səviyyəsi bizi heyran etdi. Lakin əlbəttə ki, tamaşanın əsas dəyəri onun musiqisidir. Hələ də bu gözəl musiqisinin təsiri altındayıq. Bir daha görkəmli bəstəkar Qara Qarayevin dahiliyinin şahidi olduq. Biz “Yeddi gözəl”i öz səhnəmizdə tamaşaya qoymaq haqqında fikirləşirdik, lakin gördüklərimizdən sonra qəti qərar qəbul etdik ki, bu gözəl əsər mütləq Belorus teatrında səhnəyə qoyulmalı və repertuara daxil edilməlidir. Bu günlərdə Belorusda keçirilən Azərbaycan mədəniyyəti günləri və “Yeddi gözəl” baletinin tamaşası iki qardaş ölkənin mədəni həyatında parlaq hadisəyə çevrilərək gələcəkdə Azərbaycan və Belorus xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində önəmli töhfə olacaq”.
Jalə

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26