Aşıqlar müsabiqəsi başa çatdı
Ağstafada gənc aşıqların Aşıq Şəmşir adına VI ümumrespublika müsabiqəsinin yekununa həsr olunmuş mərasim keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektoru müdiri Pərviz İsgəndərli bildirib ki, gənc aşıqların VI ümumrespublika müsabiqəsinin Ağstafada keçirilməsi bu diyarın aşıq sənəti ilə bağlılığı ilə əlaqədardır.
Onun sözlərinə görə, müsabiqədə respublikanın 20-yə yaxın rayonundan 12-25 yaş arasında olan gənc aşıqlar iştirak edib. Müsabiqənin məqsədi milli-mədəni dəyərlərimizin qorunub saxlanılması və gənc istedadların üzə çıxarılmasıdır.
Sonda müsabiqənin nəticələri elan olunub. Müsabiqənin qalibi adını Goranboy rayonundan olan gənc aşıq Yolçu Salmanlı qazanıb. Kəlbəcərli gənc aşıq Şamo Abdullayev ikinci, Qazax rayonunu təmsil edən Elmar Rəhimov isə üçüncü yerləri tutublar.
Elçin Rəhimli (Ağstafa) və Sahib Qurbanov (Şuşa) müsabiqənin laureatları adına layiq görülüb.
Müsabiqənin qalibinə Mədəniyyət və Turizm Nazirliyinin diplomu və 500 manat pul mükafatı təqdim edilib. İkinci və üçüncü yerləri tutan gənc aşıqlar müvafiq olaraq nazirliyin diplomuna, 350 və 250 manat pul mükafatına layiq görülüb. Həvəsləndirici yerləri tutan iştirakçılar da mükafatlandırılıblar.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06