İdman Filmləri Festivalının qalibləri bəlli oldu
Lent.az-ın məlumatına görə, Azərbaycanın dahi bəstəkarların kompozisiyaları ilə başlayan mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İdman Kinosu və Televiziyası Assosiasiyasının sədri Franko Askani, incəsənət və kino xadimləri qatılıblar. 19 ölkədən 50 filmin qatıldığı müsabiqədə 2 nominasiya üzrə 3 mükafat təqdim olunub.
“İdman və cəmiyyət” nominasiyası üzrə azərbaycanlı rejissor Arzu Urşənin təqdim etdiyi “Top həm qalxaq, həm düşər filmi” birinci yerə layiq görülüb. Həmin nominasiya üzrə ikinci yerə “İnsan İvan Yarıgin” filmi (Aleksandr Aleksandrov, Rusiya) və “Zenit” Kazan. Zirvəyə gedən yol” filmi (Dmitri Lavrenenko, Rusiya) layiq görülüb. Üçüncü yerə “Tramplin. Qar üzərində uçuş” (Filiz Kaynak, Çingiz Yüzsevər, Türkiyə) və “Qızıl Sidney. Namiq Abdullayev” (Arzu Qulamov, Azərbaycan) filmləri bölüşüblər.
Məlumat üçün bildirək ki, “Top həm qalxar, həm düşər” filmi iyulda Rusiyanın Yakutsk şəhərində keçirilən IV Beynəlxalq İdman Film festivalında "Ən yaxşı sənədli film" nominasiyası üzrə I yerə layiq görülüb.
“İdman və şəxsiyyət” nominasiyası üzrə birinci yer Vladislav Tretyak. Maskasız qapıçı” filmi (Sergey Şaçin, Natalya Zavoznenko, Rusiya) qalib gəlib. Bu nominasiya üzrə ikinci yeri və üçüncü yeri də Rusiya rejissorları bölüşüblər.
“Qələbə bizimlədir” filmi (Yevgeni Yaşin, Rusiya) “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb. Festivalın "Qran-Pri" mükafatını isə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. Bu mükafat serbiyalı rejissor Qordon Matiçin çəkdiyi “Oyundan böyük” filminə verilib.
Qaliblərə mükafatlar və müvafiq olaraq “Qran-Pri” – 5000, 1-ci yer – 3000, 2-ci və 3-cü yerlərin hər birinə - 2000 manat məbləğində pul mükafatları təqdim edilib.
Əbülfəs Qarayev çıxış edərək festivalın bütün iştirakçılarına minnətdarlığını bildirib: “Bu, bizim ilk belə layihəmizdir və zənnimcə, bu layihə baş tutdu. Dünyanın müxtəlif ölkələrində idman filmlərinin 15 festivalı keçirilib. Bu, cərgəyə daha bir ölkə - Azərbaycan da əlavə olundu. Hamınızı 2014-cü ildə Azərbaycanda keçirilən İkinci idman Fİlmləri festivalına dəvət edirəm”.
Sonda Emil Əfrasiyaboğlu “İki dünya” adlı konserti təqdim edilib.
Jalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11