Azərbaycanın “Junior Eurovision” təmsilçiləri bəlli oldu
Dekabrın 1-də Niderlandın paytaxtı Amsterdamda keçiriləcək “ Junior Eurovision” müsabiqəsində Azərbaycan təmsil edəcək şəxsin adı bəlli olub. Lent.az-ın məlumatına görə, İctimai Televiziya və Radionun efiri vasitəsilə canlı yayımlanan milli finalın seçimləri başa çatıb. Finala vəsiqə qazanan beş gənc müsiqiçidən - Nərmin Həsənova, Ömər Sultanov, Qəmərtac Maqsudova, Suada Ələkbərova, Toğrul Kərimov hər biri iki mahnı ifa ediblər. Beş ifaçı arasında münsiflər heyyəti iki musiqiçi seçiblər. Beləliklə, Ömər Sultanov və Suada Ələkbərova Azərbaycanın ilk “Junior Eurovision” təmsilçiləri olacaqlar.
Milli finalın xüsusi qonağı isə Azərbaycanın “Eurovision 2011” qaliblərindən biri Eldar Qasımov olub.
Qeyd edək ki, Azərbaycan bu il 10-cu dəfə keçirilən “Junior Eurovision”da ilk dəfə təmsil olunacaq. Dekabrın 1-də Amsterdam baş tutacaq müsabiqədə 12 ölkənin iştirakı təsdiqlənib.
Jalə

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06