Xeyrəddin Qoca: ““Kurtlar vadisi”nin bütün seriyalarına baxmışam”
“Kimsə kiməsə bir təpik vurur, kimsə kimisə söyür, təhqir edir başlayırlar gülməyə. Elə seriallarımız da belədir. Baxırsan əttökən, şit, bayağı seriallar televiziyaları başına götürüb”. Lent.az-ın məlumatına görə, bunu tanınmış yazıçı-dramaturq Xeyrəddin Qoca
“Gənclərin II Ümumrespublika Teatr Festivalı”nın keçirilməsinə münasibət bildirərkən deyib. Dramaturq “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivalı yüksək qiymətləndirərək, mədəniyyətə xidmət edən hər hansı bir layihənin keçirilməsini dəstəklədiyini deyib.
Bugünkü teatrla mühitdən olduqca şikayətçi olan Xeyrəddin Qoca problemlərdən danışıb: “Kim məmnundur ki, mən də məmnun olum? Qətiyyən bugünkü teatral mühit məni qane etmir. Çünki teatr real hadisələr üzərində qurulmalıdır, amma indiki dönəmdə teatrlarımız bu missiyanı yerinə yetirə bilmirlər. Teatr lağlağı deyil, bir həyat səhnəsidir. Rejissorlarımız, dramaturqlarımız, aktyorlarımız bu real həyat hadisəsini əks etdirə bilmirlər, ya bunu bacarmırlar, ya da buna cəsarətləri çatmır. Bu gün insanlar Musiqili Komediya Teatrına gedir, gülmək və ömürlərini uzatmaq üçün. Kimsə kiməsə bir təpik vurur, kimsə kimisə söyür, təhqir edir başlayırlar gülməyə. Elə seriallarımız da belədir. Baxırsan, əttökən, şit, bayağı seriallar televiziyaları başına götürüb”.
Xeyrəddin Qoca teatrlara marağın azalmasını belə izah edib: “Teatrımızın ki, təcrübəsi var, bu işə yenicə başlamamışıq. Elə mənim özümün beş əsərim teatrda səhnələşdirilib. Səbəb heç də yeni başlamaqda deyil. Problemin kökünü axtarmaq lazımdır. Mən özüm “Kurtlar vadisi” serialının bütün seriyalarına baxmışam. Bizdə belə serial çəkməyə kimin qüvvəsi çatar, heç kimin. Kəsəsi bu problemlər danışmaqla bitən deyil. Əslində mən heç cavanları qınamıram da. Ziyalılar onlara yol göstərməlidir, teatrı sevdirməlidir. Bir də maddiyyatdan da çox şey asılıdır. Gənclərə gəlincə, mən bu festivaldan çox şey gözləyirəm. Gənclərin II Ümumrespublika Teatr Festivalı Gəncləri bir araya gətirəcək, onlarda teatra olan marağı artıracaq. Hər kəs bu festivala dəstək olmalıdır, çünki üzərinə gözəl bir missiya götürüb”.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06