Bakıda Caz Festivalı başlayır
Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə 16-25 oktyabrda keçiriləcək festivalda dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri Heydər Əliyev Sarayında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində çıxış edəcəklər.
Festivalda Mayk Stern (ABŞ), Qonzalo Rubalkaba (Kuba-ABŞ), Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu ( ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Emil Əfrasiyab, Natiq Şirinov, Tünzalə Ağayeva, Tofiq Cabbarov, Əfqan Rəsul, Elçin Şirinov, Zaur Mirzəyev, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri və əməkdar artist Elnarə Kərimovanın rəhbərlik etdiyi "Buta" Kamera Xoru və digər caz ifaçıları çıxış edəcəklər.
Konsertlərin biletlərini mərkəzləşdirilmiş kassalardan əldə etmək olar.
Jalə

Oxşar yazılar

Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52