Bəstəkarımızın əsəri Amerika səhnəsində
Xalq artisti Firəngiz Əlizadənin violin və fortepiano üçün “İmpuls” əsəri Amerikada ifa olunub. Lent.az-ın məlumatına görə, əsər Cənubi Amerikaya növbəti turnesi zamanı amerikalı skripkaçısı Hillari Han tərəfindən sentyabrın 11-də Braziliyanın paytaxtı Rio-de-Janeyrodakı Bələdiyyə Teatrında baş tutan kamera konsert zamanı ifa olunub.
Həmin əsər 4 gün sonra Hillari Hanın və məşhur çinli pianoçu Natali Xan Çjunun təqdimatında Ekvadorun Kito şəhərindəki məşhur “Teatro Nacional” konsert salonunda səslənib. Hillari Han gənc olmasına baxmayaraq çox tanınan və sevilən virtuoz skripka ifaçısıdır.
“İmpuls” əsəri məşhur ifaçının “Hillari Han və 27 məşhur bəstəkar” adlı yeni layihəsi çərçivəsində bəstələnib. Bu layihə üçün dünyanın məşhur 27 bəstəkarına yeni əsərlər sifariş edilib. Əsərin Braziliyada və Ekvadordakı uğurlu premyerasından təsirlənən Hillari Han əsərin müəllifliyi ilə bağlı müqavilənin müddətini daha iki il artırıb. Bu əsəri o, 2013-2014-cü illərdə dünyanın müxtəlif ölkəsində keçirilməsini planlaşdırdığı konsertlərdə ifa etmək niyyətindədir.
Mətbuat vasitələrinə verdiyi müsahibələrində Hillari Han qeyd edib ki, Firəngiz Əlizadəyə yeni, həmçinin iri həcmli əsər sifariş etmək arzusundadır.
Jalə

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26