Bakıda Rihanna fırtınası–FOTOLENT
07 oktyabr 2012 02:30 (UTC +04:00)

Bakıda Rihanna fırtınası–FOTOLENT

Oktyabrın 6-da dünya şöhrətli müğənni, R&B şahzadəsi, beynəlxalq mükafatların, o cümlədən iki “Qremmi” mükafatının sahibi Rihanna Bakıda konsert proqramı ilə çıxış edib.

Lent.az-ın məlumatına görə, “Bakı Kristal Zalı”nda təşkil olunan konsert anşlaqla keçib.

Konsert proqramında səhnəyə ilk olaraq Azərbaycanda ilk Video Blogger adını daşıyan, istedalı müğənni Gültəkin Qaradağlı çıxıb. YouTube-də şəxsi kanalı ilə xarici və yerli mahnıların coverlərini gitara ilə ifa edən Gültəkin,səhnədə bir çox məşhurların repertuarından mahnılar oxuyub.

Zalda böyük bir coşğu yaradan həmyerlimizdən sonra səhnəyə rəqs qrupu çıxıb. Bir neçə rəqs nömrəsindən sonra «DJ Magnum»-un 15 dəqiqəlik çıxışı olub.

Onun ardınca səhnəyə “Natiq” ritm qrupu öz musiqi nömrəsi ilə çıxıb. Qrupun ifasında “Bayatı-Şiraz”, “Sarı gəlin” və milli musiqilərimizdən başqa nümunələr ifa olunub.

Tamaşaçıların səbrizlikə gözlədiyi an isə saat 22:50-də yetişdi. Dünya şöhrətli müğənni Rİhanna səhnədə göründü. “Bakı, mən səni sevirəm” deyərək tamaşaçılara müraciət edən müğənni qonaqlara təşəkkür etdi: “Sağol, Bakı. Mən indi inanıram buradayam. Həm də inanıram ki, bizim bir daha da görüşmək imkanımız olacaq”.

Amerikalı müğənni konsertinə gələn qonaqların coşğusundan razı qaldığını da deyib: “Sizin enerjili olmağınız mənim çox xoşuma gəldi”.

Daha sonra müğənni fanatları ilə birgə özünün hit mahnılarını səsləndirib. Xüsusi işıq effektləri ilə işıqlandırılmış səhnədə çıxış edən Rihanna sonda səhnəyə enərək, fanatları ilə əlbəəl görüşüb.
23 yaşlı amerikalı müğənninin çıxışı bir saat boyunca davam edib.

Qeyd edək ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə gerçəkləşib.

Dünya şöhrətli ulduzun şousu yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçirilib.

Jalə Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7335

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28