Azərbaycandan Ququşa etiraz
Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) İran müğənnisi Ququşun “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısının erməni mahnısı kimi təqdim etməsinə münasibət bildirib. Agentliyin hüquq şöbəsinin müdiri Xudayat Həsənli APA-ya açıqlamasında bildirib ki, əslən azərbaycanlı olan İran müğənnisi Ququş “Gedək üzü küləyə” adlı Azərbaycan mahnısını erməni dilində oxuyub.
Mahnı “Youtube”da yayımlanıb: “Bu mahnının musiqi müəllifi Elza İbrahimova, sözlərinin müəllifi Əlağa Kürçaylıdır. Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın repertuarında ən məşhur mahnılardan biri olub. Bu mahnını Azərbaycanın tanınmış müğənnisi Gülağa Məmmədov da oxuyub. Amma məsələ bundadır ki, bir mahnını başqa dildə oxuyursansa, mütləq mahnının hansı xalqa məxsus olduğu, müəllifləri göstərilməlidir. Təəssüflər olsun ki, Ququş bu mahnını oxuyarkən onun Azərbaycan mahnısı, müəlliflərinin azərbaycanlı olduğunu bildirməyib. Mahnı anonim erməni mahnısı kimi təqdim edilib. Bu da müəllif hüquqlarının kobud şəkildə pozulmasıdır”.
X. Həsənli deyib ki, müəllif əsəri tərcümə edilirsə, mütləq bu əsərin müəlliflərindən icazə alınmalıdır: “Sozügedən halda bu prinsip də pozulub. Ququş hazırda İranda yaşamır. İrandan başqa bütün ölkələr ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyasının üzvüdürlər. Bu ölkələrin ərazisində konvensiyanın müddəalarına ciddi riayət olunmalıdır. Hazırda müğənninin kontaktları dəqiqləşdirilir. Ququş bu mahnını oxuyarkən beynəlxalq konvensiyanın bu tələbini də pozub. Dövlət orqanı olaraq bu hala kəskin etirazımızı bildiririk. İki azərbaycanlı müəllifin hüquqları pozulub. Bununla bağlı həm “Youtube”nin rəhbərliyinə və bu mahnının yerləşdirildiyi saytlara etiraz məktubları göndəriləcək. Mahnı 2010-cu ildə ifa edilsə də, yeni yayımlanıb. Bunun kökü də araşdırılır ki, ilk dəfə olaraq bu mahnı harada ifa edilib. Ququşun kontaktları müəyyən ediləndən sonra MHA-nın etirazı müğənninin özünə də çatdırılacaq”.

5760