Bir çox insan avtomatik olaraq alma, armud və şaftalını soyur və qabığını artıq bir hissə hesab edir. Lakin dietoloqlar bildirirlər ki, meyvənin faydasının böyük hissəsi məhz qabığında gizlənir.
Lent.az xəbər verir ki, qabığı yeməmək isə orqanizmi meyvənin iç hissəsində olmayan bir çox vacib maddələrdən məhrum edir. Bunu araşdırmalar da təsdiqləyir. Almanın qabığında pektin olur bu, bağırsaqların fəaliyyətinə kömək edən təbii sorbentdir. O, toksinləri bağlayır və həzmi yaxşılaşdırır. Bundan əlavə, qabıqda daha çox antioksidant mövcuddur. Bu maddələr hüceyrələri zədələnmədən qoruyur və immunitet sistemini gücləndirir. C vitamini də meyvənin səthinə yaxın hissədə daha çox toplanır. Buna görə də soyulmuş alma öz qida dəyərinin bir hissəsini itirir. Armud və şaftalı da eyni prinsip üzrə faydalıdır. Onların qabığı toxluq hissi yaradan liflərlə zəngindir. Dietoloqlar qeyd edir ki, meyvənin qabığı onun qlisemik indeksini də azaldır. Bu isə şəkərin daha yavaş mənimsənilməsinə və qanda qlükoza səviyyəsinin sabit qalmasına kömək edir. Lakin burada vacib bir şərt var meyvələr yaxşı yuyulmalıdır. Çünki qabıqda emal prosesindən qalan maddələr ola bilər. Şübhə yarandıqda meyvəni fırça və ilıq su ilə yumaq məsləhətdir. Bu, üzərindəki mum təbəqəsini təmizləməyə kömək edir. Bəzi insanlar üzvi (orqanik) meyvələrə üstünlük verir. Onların qabığı adətən daha təmiz olur, lakin yenə də yumaq vacibdir. Sitrus meyvələrinin qabığı çiy halda yeyilmir, amma onların qabığından hazırlanmış sedra kulinariyada istifadə olunur. Orada da çoxlu faydalı maddələr var. Banan qabığı isə birbaşa yemək üçün uyğun deyil, lakin kulinariyada ətirverici kimi istifadə olunur. İstiliklə işlənəndən sonra təhlükəsiz sayılır. Əgər meyvənin qabığı çox sərtdirsə, onu qismən soymaq olar. Amma qabıqdan tamamilə imtina etmək tövsiyə edilmir. İnsan meyvəni qabığı ilə birlikdə yeyəndə maksimum fayda əldə edir və bu, ümumi sağlamlıq vəziyyətinə müsbət təsir göstərir.