Beynəlxalq axtarışdaydı,  Azərbaycana gətirildi
16 mart 2026 18:33 (UTC +04:00)

Beynəlxalq axtarışdaydı, Azərbaycana gətirildi

0

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 2002-ci il oktyabrın 7-dəki  Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı İbrahimov Zaməddin Bəfadar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiyanın Baş Prokurorluğu təmin edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Sumqayıt hərbi prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə İbrahimov Zaməddin Bəfadar oğlunun dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Zaməddin İbrahimov Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar