Orhan Gencebay xəstəxanaya  yerləşdirildi
16 mart 2026 13:59 (UTC +04:00)

Orhan Gencebay xəstəxanaya yerləşdirildi

0

Türkiyənin ustad sənətkarı, 81 yaşlı Orhan Gencebay yüksək qızdırma şikayəti ilə xəstəxanaya müraciət edib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, bir anda səhhəti pisləşən sənətçinin müalicəsi hazırda davam edir.

Xəstəxanayaa çatdırılan Gencebayın koronavirus (COVID-19) şübhəsi ilə nəzarət altına alındığı bildirilir. Məlumata görə, ustad sənətkarın xəstəxanaya yatırılması ehtiyat tədbiri xarakteri daşıyır.

Müalicə prosesi zamanı həyat yoldaşı Sevim Emre, ailə üzvləri və yaxınları sənətçini bir an belə tək qoymurlar. Hazırda sənətkarın vəziyyəti həkimlərin nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar