“TikTok”da  kredit adı ilə kiberdələduzluq edən tutuldu - VİDEO
16 mart 2026 10:21 (UTC +04:00)

“TikTok”da kredit adı ilə kiberdələduzluq edən tutuldu - VİDEO

0

Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb.

Naxçıvan DİN-dən Lent.az-a verilən məlumata görə, Muxtar Respublikada polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də “TikTok” platformasında “ *azturan83* ”, “ *turanbank_az* ”, “ *azeturanbank* ” və “ *krediagro* ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 422

Oxşar yazılar