Türkiyənin tanınmış aktrisası Nebahat Çehre uzun müddətdir ekranlardan uzaq qalmasına baxmayaraq, son açıqlaması ilə diqqət çəkib.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, aktrisa bu gün fəaliyyət göstərən gənc aktyor və aktrisaların əvvəlki nəsillə müqayisədə daha şanslı olduğunu bildirib.
Nebahat Çehre bildirib ki, Yeşilçam dövründə aktyorlar çox çətinliklər yaşayırdı. Onun sözlərinə görə, həmin illərdə kino sahəsində texniki imkanlar və peşəkar hazırlıq indiki kimi inkişaf etməmişdi.

Aktrisa o dövrü xatırlayaraq belə deyib: “Makiyajın nə olduğunu bilmirdik. O vaxt bizim ən çirkin halımız idi. Aktyorluğu da bilmirdik. Bu gün isə demək olar ki, Hollivud səviyyəsində işlər görülür”.
Qeyd edək ki, aktrisanın son halı sevənlərini təəccübləndirib. Aktrisanın yaşlanmış halı və üzündəki qırışlar heyranlarını kədərləndirib.
