“YARAT” Müasir İncəsənət Məkanı festival keçirir
28 noyabr 2019 15:17 (UTC +04:00)

“YARAT” Müasir İncəsənət Məkanı festival keçirir

“YARAT” Müasir İncəsənət Məkanı “Artkino” 11-ci Ümumrusiya Qısametrajlı Müəllif Filmləri Festivalının tərəfdaşlığı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək həmin festivalın sonuncu qısametrajlı filmlərinin nümayişinə baxmağa dəvət edir.

Lent.az xəbər verir ki, nümayişlər ərzində ilin ən yaxşı qısametrajlı filmi üçün tamaşaçı səsverməsi keçiriləcək.

Səsvermənin nəticələrinə əsasən, növbəti festivalın açılışında qısametrajlı kino sahəsində Ümumrusiya Mükafatı təqdim olunacaq.

Bu festival çərçivəsində, 24 avqust–30 noyabr tarixlərində, Rusiya və MDB-nin 33 şəhərində, eləcə də xaricdə, Moskvada bir sıra mükafat və diplomlara layiq görülmüş və üç kinoalmanaxa (“Yaz”, “Yay”, “Payız”) daxil edilmiş 18 film nümayiş etdiriləcək.

Film almanaxlarının son nümayişi dekabrın 4-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar