“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Rusiyalı rejissor
28 yanvar 2020 17:07 (UTC +04:00)

“Ermənilərin Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə hazırıq” - Rusiyalı rejissor

“Ermənilərin İrandan Qarabağa köçürülməsi ilə bağlı filmin çəkilişlərinə başlamağa hazırıq”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında filmin rejissoru və ssenari müəllifi, Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov deyib.

Onun sözlərinə görə, rus diplomatı və şairi Aleksandr Qriboyedovun həyatından bəhs edən “Qriboyedovun həyatı və ölümü” adlı çoxseriyalı filmin ssenarisi tam hazırdır.

“Biz regionda vəziyyətin sabitləşməsini gözləyirik. Təəssüflər olsun ki, Yaxın Şərqdə vəziyyət sabitləşmək bilmir. Bu səbəbdən də hələ çəkilişlərə başlamırıq. Lakin hər bir hazırlıq görülüb. Əlverişli şərait yaranan kimi filmin çəkilişlərinə başlayacağıq. Bu məsələ məndən asılı deyil. Bircə onu deyə bilərəm ki, biz çəkilişlərə hazırıq”, - N. Mixalkov vurğulayıb.

Rusiyalı kinorejissor filmin çəkilişlərinin Azərbaycanın Qarabağ bölgəsində və İranda çəkiləcəyini qeyd edib: “Filmin çəkilişlərinin Qriboyedovun olduğu yerlərdə, Azərbaycan, İran və Gürcüstanda aparılması planlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3576

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51