“CinemaPlus”un Müşahidə Şurasına yeni sədr təyin olundu
27 iyul 2020 15:09 (UTC +04:00)

“CinemaPlus”un Müşahidə Şurasına yeni sədr təyin olundu


“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub. 

Bu barədə APA-ya “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Qeyd olunub ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6712
avatar

Oxşar yazılar