Almaniyanın Köln şəhərində zibil konteynerində 17-ci əsrə aid iki rəsim tapılıb.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, polislərin ilkin araşdırmalarına görə, hər iki rəsm originaldır.
Amma araşdırmalar hələ də davam edir.
Məlumata görə, qiymət qoyulmayan rəsimlərdən biri İtaliyalı rəssam Pietro Bellotti, digəri Hollandiyalı rəssam Samuel van Huqstratenə (Hoogstraten) aiddir. Köln polisi qədim rəsimlərin sahibini araşdırmaq üçün aidiyyəti üzrə müraciət edib.
Pietro Bellottiyə aid olduğu bildirilən tablonun rəssamın öz avtoportreti olduğu və 1665-ci ildə çəkildiyi söylənilir.
1627-1700-cü illərdə yaşamış Bellotti Venesiyada zəngin bir ailənin himayəsində qiymətli əsərlər yaradan rəssam kimi tanınıb.
Hollandiya rəssamı Samuel van Huqstratenə aid olan digər tablo isə gülümsəyən uşaq şəklidir. Portret ustası olan Huqstraten Rembrandtın şagirdi olub.
Qeyd edək ki, antik tabloların dəyərinin 100 minlərcə avro olduğu bildirilir.