Yuxuda toy görmək   nə mənaya gəlir?
12 aprel 2022 09:38 (UTC +04:00)

Yuxuda toy görmək nə mənaya gəlir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mən asını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.

Yuxularda bir çox şey görürük. Bunlardan biri də toydur. Yuxuda toy görmək fərqli tərəflərə yozulur.

Lent.az yuxuda toy görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda toy görmək xoş günlərin olacağına işarədir. Toyda verilən yeməklər isə qəmin, kədərin getməsi deməkdir. 

Yuxuda öz toyunu görmək çox da yaxşı bir şey deyil. Bu, uzaq bir tanışınızın, dostunuzun xoşagəlməz bir xəbər gətirəcəyi deməkdir. Bəzən bir yuxuda toy görmək bir insanın vaxtını boş işlərə sərf etdiyini göstərir. 

Görünür ki, belə yuxunu yozmaq üçün onu görən şəxs bu xəyala  təkan verən hadisələri diqqətlə şərh etməlidir. Bu yuxu sadəcə arzuların həyata keçməsi və şəxsi gözləntilərlə bağlı ola bilər. 

Toyda çalıb oynamaq kədəri və hüznü ifadə edir. Bəzi rəvayətlərə görə isə yuxuda çalğısız və əyləncəsiz toy görmək xeyir bərəkət, bolluq və sevinci əks etdirir. 

Yuxuda gəlin və bəyi görmək yaxın gələcəkdə çox xoşbəxt olacağınıza və bu xəbərin nəticəsində böyük bir xeyir əldə edəcəyinizə yozulur. Bəy və gəlin yaşanan çətinliklərin öhdəsindən rahatlıqla gəlməsini ifadə edir.

Əgər gördüyünüz toyda tort varsa, deməli sizi böyük bir nemət gözləyir. Bu yuxu şəxsin dolanışıq problemlərindən qurtulması, hər mənada məhsuldarlığın artması və işinizdə həmişə müsbət şeylərin baş verməsi deməkdir.  

Yuxuda gördüyünüz toy yaxşı keçirsə, onda şübhəsiz ki, etibarlı birlik yaradacağınızı hesab edirsiniz. Əgər toy sizə faciə kimi gəlibsə və rolunuz aydın deyilsə, ola bilsin ki, üzərinizə qoyulan vəzifələri bir də nəzərdən keçirməli olacaqsınız. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9822
avatar

Sevinc Fərid

Oxşar yazılar