Yuxuda qan görmək   nə mənaya gəlir?
05 aprel 2022 09:45 (UTC +04:00)

Yuxuda qan görmək nə mənaya gəlir?

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də qandır. Yuxuda qan görmək müxtəlif cür yozulur.

Lent.az yuxuda qan görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:

Yuxuda qan görmək, ümumiyyətlə, haram bir işə qarışmaq kimi yozulur. İnsan etdiyi bir əmələ görə özünü günahkar hiss edirsə, bu qan vicdanının ifadəsidir. Belə yuxu görmək xəyalpərəstin birbaşa yaxşılıqdan və haqdan uzaq olduğunu da göstərir. 

Bundan əlavə, yuxuda qan görmək yuxu sahibinin həyatında bəzi dəyişikliklərin olacağını ifadə edir. Həmin şəxslər kinli insanlardan uzaq durmalı və öz həyatına köklənməlidir.

Yuxuda qan qusmaq çox fərqli şəkildə yozula bilər. Bu, həmin şəxsin böyük bir günah işlədiyini və bu günah üzündən çətin anlar yaşadığını və peşmançılıqla qarşılaşdırıldığını göstərir. 

Paltarında qan ləkəsi görən bir insana haqsız olaraq böhtan atılır. İnsana zərər verməyəcək bu vəziyyətə əlavə olaraq, düşmənlərin işbirliyi quracağını, şəxsin işinə maneələr yaradacağını və ailə birliyini sarsıtmaq üçün səy göstərəcəyini dilə gətirir. 

Yerdə qan ləkəsi görmək isə son anda qəzadan qurtulmaq və sağlamlıqla əlaqəli müvəqqəti narahatlıq yaşamaq deməkdir. 

Yuxudan qulaqdan qan gəlməsini görmək pis xəbərlərə işarədir. Yuxu sahibinin maddi çətinliklərlə qarşılaşması deməkdir.

Əgər yuxuda kiməsə qan verdiyinizi görürsünüzsə, deməli, sizi pis vəziyyətdən yaxınlarınızın köməyi çıxardacaq. Yuxuda qan vermək yuxu sahibinin işlərinin yolunda gedəcəyinə yozulur. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7050
avatar

Sevinc Fərid

Oxşar yazılar