Yeni sürücülər üçün 3 təhlükəli sərnişini tipi  – Onlarla yola çıxmayın
24 may 2024 10:08 (UTC +04:00)

Yeni sürücülər üçün 3 təhlükəli sərnişini tipi – Onlarla yola çıxmayın

Avtomobil idarə etməyi yeni öyrənənlər ilk vaxtlar səbirli və diqqətli olmalıdırlar. Əsasən də uzun yola çıxacaqsınızsa...

Lent.az xəbər verir ki, ikinci problem sərnişinlərdir. Bəzi sərnişinlər sizi narahat edə, yoldan yayındırmağa, vəziyyəti daha da gərginləşdirə bilər. 

Bəs, təcrübəsiz sürücü hansı insanlarla səyahətə çıxmamalıdır?

Danışan sərnişinlər

Əgər özünüzü hələ də sükan arxasında inamlı hiss etmirsinizsə, deməli, danışan sərnişinlərdən uzaq durmalısınız. Çünki danışılan söhbətlər sizin fikrinizi yayındıracaq. Belə sərnişinlərlə yola çıxan təcrübəsiz sürücülər təhlükəli vəziyyətə düşə bilər.

Yaxın dostlar

Yaxın dostlarla yola çıxmaq çox sevilir. Ancaq bu səyahət maraqlı olduğu qədər təhlükəlidir. Əgər münasibətinizdə çox zarafat edirsinizsə, bu zaman ehtiyatlı olmaq lazımdır. 

Bu zaman gündəlik həyatda etdiyiniz zarafatlar təhlükəli hal yarada bilər. Çox güman ki, təcrübəsiz sürücü belə sərnişindən ciddi psixoloji təzyiq hiss edəcək.

Uşaqlar

Uşaqlarla yola çıxmaq çox çətindir və əgər siz təcrübəsiz sürücüsünüzsə, bu vəziyyəti daha da çətinləşdirəcək. Bu zaman uşaqlar ağlayaraq, qışqıraraq və ya danışaraq sürücünün diqqətini yayındıra bilər. Təcrübəsiz sürücü uşaqlı biri ilə səfərə çıxmamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2019
avatar

Sevinc Fərid

Oxşar yazılar