Yaşıllıqlar arasında yaşamaq insanın yaşlanmasını ləngidir
04 iyul 2023 04:46 (UTC +04:00)

Yaşıllıqlar arasında yaşamaq insanın yaşlanmasını ləngidir

Lent.az xəbər verir ki, bu barədə “Science Advances” jurnalı məlumat yayıb.

Bildirilib ki, ağaclar və çiçəklər arasında qalmaq ürək-damar sisteminin vəziyyətini yaxşılaşdıra və ürək xəstəliklərindən ölüm nisbətini azalda bilər, həmçinin bioloji qocalmanı ləngidir.

ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri 1986-2006-cı illərdə araşdırma aparıblar. Tədqiqata cəlb olunanların bioloji qocalma dərəcəsini müəyyən etmək üçün qan testləri götürülüb. Sonra təhlillərin nəticələri tədqiqat iştirakçılarının daimi yaşayış yerləri, onların pis vərdişləri, həyat tərzi və maddi gəlir səviyyəsinə dair məlumatlar ilə müqayisə edilib.

Araşdırma göstərib ki, yaşıllıqlar arasında yaşayan insanlar digərlərinə nisbətən bioloji cəhətdən 2,5 il cavandırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar