Müasir dövrümüzdə ən güclü teleskoplardan istifadə edərək Ay səthini müşahidə edən bir çox həvəskar astronom var. Onların müşahidə etdikləri qəribə görüntülər hər zaman marağa səbəb olur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə müşahidə edilən görüntülər tam fərqli olub.
Aydın şəkildə Ay səthində yadpalanetlilərin hərəkətləri izlənilib.
Görüntüləri incələndikdə məlum olub ki, “qonaqlar” Ayın səthində kosmik gəmilərinə "yanacaq" doldurub və digər texniki xidmət göstəriblər.
Elm adamlarının fikrincə, onlar Aydan həm də baza kimi istifadə edərək bu mərkəzdən Yeri müşahidə üçün yararlanırlar.