Yalnız qəhvə və şərabla qidalanan  dünyanın ən yaşlı pişiyi
15 mart 2025 19:37 (UTC +04:00)

Yalnız qəhvə və şərabla qidalanan dünyanın ən yaşlı pişiyi

Ən çox itləri, yoxsa pişikləri sevdiyinizdən asılı olmayaraq, ev heyvanı sahibləri yeni bir tüklü dost seçərkən onun ömrünü də nəzərə almalıdırlar. Doğru qidalanma, aktiv həyat tərzi və yaxşı baytar baxımına baxmayaraq, əksər pişiklər 10-20 ildən çox yaşamır. Lakin bu qaydadan bir istisna var – dünyanın ən yaşlı pişiyi tam 38 il ömür sürüb.

Lent.az dünyanın ən uzunömürlü pişiyini təqdim edir:

Söhbət Creme Puff adlı pişikdən gedir. O, Teksas ştatının Ostin şəhərində 38 il 3 gün yaşayıb (pişik illərinə görə 266 il). Pişiyin sahibi Cek Perri onun uzun ömür sürməsinin aktiv həyat tərzi və unikal qidalanma rejimi ilə bağlı olduğunu bildirib. Creme Puff quru pişik yemi, brokoli, yumurta, donuz əti, həmçinin bir neçə gündə bir kremli qəhvə və pipetka ilə verilən qırmızı şərab istehlak edib.

Ginnes Rekordlar Kitabına daxil olan pişiklər

Hazırda Ginnes Rekordlar Kitabına görə ən yaşlı sağ pişik "Flossie" adlı pişikdir. O, 29 dekabr 1995-ci ildə İngiltərənin Liverpul şəhərində anadan olub və hal-hazırda təxminən 30 yaşındadır.

Pişiklər haqqında maraqlı faktlar

Niyə pişiklər gecələr qəribə davranır?

Mütəxəssislər bu fenomeni "gecə dəliliyi" və ya "pişik sehr saatı" adlandırırlar. Bu, onların ov instinktləri ilə əlaqələndirilir.

Pişiklər nəyə görə bir şeyi iyləyəndə üzlərini büzüşdürürlər?

Tədqiqatçılar bildirirlər ki, pişiklər kimyəvi siqnalları analiz etmək üçün üz ifadələrindən istifadə edirlər. Bu, onların ətraf mühiti daha yaxşı qavramasına kömək edir. Beləliklə, Creme Puff dünya tarixində ən uzun yaşayan pişiklərdən biri olub. Onun qeyri-adi qidalanma rejimi uzun ömrünün sirri kimi göstərilsə də, pişiklərin genetikası və həyat şəraiti də mühüm rol oynayır. 

Qeyd edək ki, Pişiyin doğum tarixi: 3 avqust 1967, ölüm tarixi isə 6 avqust 2005-ci ildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar