Xoşbəxtliyə dair 20 gözəl aforizm
29 avqust 2024 13:42 (UTC +04:00)

Xoşbəxtliyə dair 20 gözəl aforizm


Lent.az  məşhurların xoşbəxtliyə dair ən məşhur aforizmlərini təqdim edir. Onların içərisində 20 ən gözəlini seçməyi isə sizin ixtiyarınıza buraxırıq. Seçiminiz  həyata dair düşüncələrinizi əks etdirəcək.

Bu dünyada xoşşeylər azdır, xoş olan da çox vaxt ancaq başlanğıcdadır. (Yusif Balasaqunlu)

Canıyananlıq başqasının bədbəxtliyinə yanmaq, paxıllıq isə başqasının xoşbəxtliyinə yanmaqdır. (Platon)

Dərdin də öz lirikası, öz ahəngi var; dərddən ancaq onun ahəngini kompensasiya edən başqa ahənglərin təsiri ilə çıxmaq olar. (Tur Xander)

Dünyada sonsuz bir xoşbəxtlik yoxdur; nə məşhur bir soy, nə gözəllik, nə güc-qüvvət, nə zənginlik, heç bir şey bizi fəlakətdən qurtara bilməz. (Aleksandr Puşkin)

Əksər insanlar var-dövlət yığmaqla dərdlərinə son qoymamış, əksinə, onları daha da çoxaltmışdır. (Epikür)

Ən böyük bədbəxtlik hər şeydən narazı olmaqdır. (Lao-tszı)

Həqiqətdə siz tərəzinin oxu kimisiniz – öz kədəriniz və sevinciniz arasında. Yalnız boş olanda sakitləşir, tarazda olursunuz. (Cübran)

Hər kəs öz səviyyəsində xoşbəxtdir. Kimin üçünsə çox adi olan bir hadisə başqasını xoşbəxt edə bilər. (Əbu Turxan)

Hər kəs özünü bədbəxt hesab etdiyi qədər bədbəxtdir. (Seneka)

Hər şey, hər şey, hətta dərdlər də köhnəlir. (Flober)

Həyat səhnələri, həqiqi yaşantılar və onların iztirab və sevinc xatirələri ruhla birlikdə uçub gedir. (Əbu Turxan)

İnsan ancaq öz Məni ilə həmahəng mühitdə xoşbəxt ola bilər. (Əbu Turxan)

İnsan yalnız xarici səbəblərdən bədbəxt olmur. (Kiçik Seneka)

İnsanın özünü xoşbəxt hesab etməsi ilə xoşbəxt olması düz, bilikli hesab etməsi ilə bilikli olması isə tərs mütənasibdir. (Əbu Turxan)

İnsanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır. (A.Qraf)

İnsanın xoşbəxtliyi üçün içindəki işıq yetərli deyil; yaşadığı mühit də işıqlı olmalıdır. (Əbu Turxan)

İstək reallıqdan uzaq olanda xoşbəxtliyin qapıları bağlanır. (Əbu Turxan)

Kiminsə xoşbəxtliyinin arxasında kiminsə fədakarlığı durur. (Əbu Turxan)

O kəs də xoşbəxtdir ki, hörmət etdiyi kəs haqqında xatirə belə onu özünü təkmilləşdirməyə sövq edir. (Kiçik Seneka)

O şəxs bədbəxtdir ki, onun özəl hissi dünyası özgələşir; yəni ağıl və fikri həyatla, inamla, məhəbbət və etimadla birləşdirən ilməklər qırılır! (Georq Vilhelm Fridrix Hegel)

Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)

Xoşbəxt adam özünü xoşbəxt hesab edən adamdır. (Fildinq)

Xoşbəxt adamın bədbəxtə ağıl verməsindən asan nə ola bilər. (Esxil)

Xoşbəxt o adamdır ki, xoşbəxtlik axtarmağa ehtiyacı yoxdur. (Əbu Turxan)

Xoşbəxt öz evində xoşbəxt olandır. (Lev Tolstoy)

Xoşbəxtlik ən azı bir dəfə hər qapını döyür. (Uilyam Hezlitt)

Xoşbəxtlik hissini yalnız müdriklər keçirə bilər. (Plavt)

Xoşbəxtlik indiki gerçəyin keçmişin arzularına uyğun gəlməsidir. (Əbu Turxan)

Xoşbəxtlik peşmanlığa gətirməyən həzzdir. (Lev Tolstoy)

Xoşbəxtlikdən ikiəlli yapışsan, fürsət düşən kimi səni tərk edəcək. (Əbu Turxan)

Xoşbəxtliyə də azadlıq vermək lazımdır. (Əbu Turxan)

Xoşbəxtliyi dadmağın ən yaxşı yolu onu paylaşmaqdır. (Corc Bayron)

Xoşbəxtliyi daxilində tapmaq çətindir, kənarda isə o sadəcə olaraq yoxdur. (Nikola Şamfor)

Başqalarının xoşbəxtliyi üçün çalışmaqla biz öz xoşbəxtliyimizi tapırıq. (Platon)

Bədbəxt insan başqalarının ağrı-acısı ilə rahatlıq tapan şəxsdir. (Sədi Şirazi)

Bədbəxt o adamdır ki, xeyirlə şəri qarışıq salır.  Bir var, şəxsi həyatın kortəbiiliyi, bir də var ictimai həyatın, cəmiyyətin kortəbii olması.

Hər ikisi dərk olunmasa işıqlı həyat yaşamaq mümkün deyil. (Əbu Turxan)

Biz səadətimizi özümüzlə daşıyan Adəm övladlarıyıq, eyni zamanda biz içimizdə olan səadətin çağırışını eşidib, səsin mənbəyini özümüzdən kənarda axtaran insanlarıq. (Rövşən Abdullaoğlu)


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar