Tükəndiyinizi göstərən 10 ƏLAMƏT
17 fevral 2023 19:34 (UTC +04:00)

Tükəndiyinizi göstərən 10 ƏLAMƏT

Tükənmişlik sindromu hər kəsə təsir edə bilər. Bu, adamın kim olması və harada işləməsindən asılı deyil. Bir sıra amillər - işdə xroniki stress, maddi və ailədaxili problemlər bu sindromun əsas səbəblərdəndir. Amma təbii ki, sindromun səbəbləri tək bunlar deyil. Heç düşünmədiyiniz şeylər belə sizin tükəndiyinizi bildirən amillər arasında ola bilər.

Lent.az xarici mətbuata istinadən tükənmişliyi göstərən 10 əlaməti təqdim edir.

1. Emosional və zehni tükənmə

2. İşə getməkdə çətinlik çəkmə

3. Daimi yorğunluq

4. Qıcıqlanma

5. Diqqəti cəmləməkdə çətinlik

6. İşdə məhsuldarlığın azalması

7. Utanc və günahkarlıq hissi

8. Həyatdakı arzu və istəklərinizin yox olması

9. Rifahın pisləşməsi

10. Özünüz və başqaları üçün ikrah hissinin yaranması

Bu sindromların əsas səbəbi insanların necə istirahət edəcəyini bilməməsidir. Psixoloq Marsel Sultev bununla bağlı qısa izahat verib.

"Emosional tükənmişlik yaşayan insanlar əsasən istirahət etməyən və ya düzgün istirahəti bacarmayanlardır. Belə insanlara həftə sonunu necə keçirəcəyi ilə bağlı sual versəniz, heç bir cavab ala bilməyəcəksiniz”, - deyə Sultev bildirib.

Tükənmişliyin qarşısını almaq üçün istirahətinizi düzgün planlaşdırın. Daha çox gəzməyə, dostlarınız və ailənizlə ünsiyyət qurmağa, kitab oxumağa, kifayət qədər yatmağa, idmanla məşğul olmağa çalışın. Bir sözlə, bu sindroma tutulmamaq üçün həftə sonları ruhunuz nə istəyirsə, onu da edin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Sevinc Fərid

Oxşar yazılar