Telefondan istifadə edən tək qəbilə  - Sosial şəbəkədə nə paylaşırlar?
23 dekabr 2023 17:53 (UTC +04:00)

Telefondan istifadə edən tək qəbilə - Sosial şəbəkədə nə paylaşırlar?

Qəbilə deyildikdə, ağla ilk olaraq inkişafdan uzaq, hər şeydən xəbərsiz və Amazonların dərinliklərində təcrid olunmuş insanlar gəlsə də, Kanamarililər bütün qaydaları pozurlar.

Lent.az-ın xəbərinə görə, sosial media hesablarında paylaşımları ilə yanaşı mobil telefondan istifadələri ilə diqqət çəkən tayfanın böyük problemi var.

Javari çayının dərin vadilərində sirli bir qəbilə yaşayır. Javari vadisi dünyanın ən təcrid olunmuş əhalisinin yaşadığı yer olsa da, bu yerlilərin sahib olduğu texnologiya çoxlarını heyrətə gətirir. Başqa insanlarla heç bir əlaqəsi olmadığı halda sosial mediadan istifadə edən ilk qəbilə olan Kanamari xalqının hekayəsində maraqlı detallar var. Javari çayının Braziliya sahillərində yerləşən kənd əhalisi ziyarətçilərə nadir icazə ilə qapılarını açaraq meşələrinə edilən hücumlara qarşı mübarizələrini dünyaya göstərirlər.

Qəbiləyə xüsusi icazə ilə daxil olan “National Geographic” jurnalının fotoqrafı Lynsey Addario gördükləri ilə bağlı bunları söyləyib:

"Biz bu əsrarəngiz kənddə yaşayan kanamarililərlə düz 8 gün qaldıq. Rəis Mauro Kanamarinin rəhbərliyi ilə onların gündəlik həyatlarını bölüşdük, manyok (kartofa bənzər qida bitkisi) yığımında iştirak etdik, ova onlarla getdik”.

Lynsey Addarionun sözlərinə görə, baş Mauro Kanamari başda olmaqla əhali kəndlərinə girən işğalçı balıqçılar və odunçulardan çox narahatdır. İşğalçıların sayının gündən-günə artdığını ifadə edən Mauro, "Bu vəziyyət meşənin və bizə həyat verən ana təbiəti təhlükə altına qoyur. Ağac və təbii sərvət çıxarma fəaliyyətləri həm də insanlarımızın sağlamlığını təhdid edir".

2022-ci ildə braziliyalı yerli vəkil Bruno Pereyra və britaniyalı jurnalist Dom Pillips kanamariləri qorumağa çalışarkən qarşı qəbilədən olan cinayətkar qrup tərəfindən iki qəbiləni ayıran və sərhəd rolunu oynayan çayda vəhşicəsinə boğularaq öldürülüblər.

Bütün bu təhdidlərə baxmayaraq, tayfa başçısı susmamaq və öz torpaqlarını müdafiə etmək əzmindədir. Bunun üçün meşədə müşahidə patrulları təşkil edirlər. Əslində Kanamarinin silahları işğalçıların silahlarından aşağı səviyyədədir. Bu vəziyyət qəbilə üçün problem yaratmır, çünki onlar qarşıdurmaya girməmək fəlsəfəsi ilə hərəkət edirlər. Bəs, həyatda qalmaq üçün mübarizə aparan bu maraqlı tayfa sosial media hesablarında nə paylaşır?

Bu mübarizədə rol oynayan mühüm adlardan biri 20 yaşlı Joao Kanamaridir. Yerli ictimaiyyətlə digər dünya arasında körpü rolunu oynayan Kanamari sosial mediada aktivdir, iki qəbilə arasındakı savaşları çəkib dünyaya göstərir. O, etdiklərini "Bizi görüb kömək etmələrini istəyirik" deyərək izah edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3897
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar