Mətbuatda çoxlu sayda qısa müsahibələr var – iki dəqiqə, beş dəqiqə və s. Ancaq sual-cavab formatında uzun-uzadı söhbətlər də olur - bir saatlıq, iki saatlıq, üç saatlıq.
Bəs, tarixdə ən uzun müsahibə nə vaxt olub?
Lent.az xəbər verir ki, rekord 2011-ci ildə Avstraliyada qeydə alınıb. Sözügedən müsahibə 24 saat davam edib.
Qeyri-adi söhbət 2011-ci il dekabrın 11-də saat 10:00-da başlayıb və 12 dekabr 2011-ci ildə saat 10:00-da başa çatıb.
Müsahibə avstraliyalı radio aparıcısı Riçard Qlover və həmyerlisi, yazıçı Peter Fitz-Simons arasında baş tutub.
Müsahibə Sidney radiostansiyalarından birində yayımlanıb. Riçard Qlover 24 saat ərzində müsahibinə çox sayda sual verib və heç bir təkrarlama müəyyən edilməyib.
Həmin bu söhbət dünyanın ən uzun müsahibəsi kimi “Ginnesin Rekordlar Kitabı”na salınıb. Jurnalistlə həmsöhbəti nəinki sertifikat, həm də şirin mükafat da alıblar.