İsveçrənin Friburq kantonunda çoban sürünü canavarlardan qorumaq üçün orijinal üsul seçib.
Lent.az-ın 20min.ch saytına istinadla xəbərinə görə, çobana bu işdə zoopark müdiri işləyən qohumu kömək edib.
O, qohumunun köməyi ilə zooarkda yeni doulmuş şir balasını alaraq evə gətirib. Şir fermada qoyunlar və çoban itləri arasında yaşadığı üçün bu heyvanlara öyrəşib. Çobanın dediyinə görə, şir btün günü bu heyvanlarla oynayır, heç bir aqressivlik nümayiş etdirmir. O gündən çoban öz sürüsündən arxayındır. Çoban itlərinin bacara bilmədiyi canavarların öhdəsindən şir asanlıqla gəlir.
Bəli, əziz oxucu, bəlkə də bu xəbər səndə təəccüb doğurdu ki, şir sürünü necə qoruya bilər. Haqlısınız, bu bir zarafatdır. İstinad etdiyimiz sayt bu xəbəri aprelin 1-də yayıb. Bu gün isə tamaşaçılara xəbərin 1 aprel zarafatı olduğunu deyib.