Braziliyada 3 yaşlı siam əkizləri nəhayət ayrılıb.
Lent.az xəbər verir ki, Braziliyada cərrahlar başlarindan bitişik olan əkizləri 27 saatlıq əməliyyatdan sonra ayırmağa müvəffəq olublar.
Bu, çox nadir rast gəlinən anomaliyadır və təxminən 60.000 doğuşdan birində baş verir. Dünyada çox az rast gəlinən bu hallar zamanı körpələr adətən doğuş zamanı ölürlər.
Ayrılmaq üçün əkizlər 7 əməliyyat keçiriblər. Sonuncu əməliyyat 27 saat çəkib. Hazırda əkizlər sağlamdır və həyatlarına normal körpələr kimi davam edirlər.