Sevgi mövzusunda professional olan  BÜRCLƏR
20 fevral 2023 19:47 (UTC +04:00)

Sevgi mövzusunda professional olan BÜRCLƏR

Bəzi insanlar sevgi mövzusunda həm çox bacarıqlı, həm də şanslı olurlar. Onlar istədikləri zaman əsl sevgini tapa bilərlər. Sevgi və münasibətlər mövzusunda az qala professional olan bu insanlar ətraflarında heç kimi tək görmək istəmirlər. Hətta münasibət mövzusunda yaxın dostlarına yaxşı məsləhətlər verirlər. 

Lent.az sevgi, eşq mövzularında professional olan 5 bürcü təqdim edir: 

Xərçəng 

Xərçənglər həssas, emosional və çox mehribandırlar. Sevgi onları xoşbəxt edən əsas amildir. Onlar başqalarının belə bir-birinə olan doğru münasibətini uzaqdan hiss edə bilirlər. 

Şir

Şir bürcünün çox vaxt eqoist olduğu deyilir. Amma buna baxmayaraq onlar yaxınlarını, dostlarını xoşbəxt etməyi sevirlər. Şirlər ətrafdakıları yaxşı analiz edərək kimin kimə aşiq olduğunu dərhal başa düşürlər. Onlardan heç nə gizlədə bilməzsiniz! 

Qız 

Qız bürcləri idealist olmaqları ilə tanınır. Buna görə də onlar münasibətlərdə çox vaxt doğru insanı seçirlər. Qızların məsləhətlərinə birbaşa etibar etmək olar. Çünki onlar insanlar haqqındakı fikirlərində heç vaxt yanılmırlar. 

Tərəzi 

Onlar evliliyi sevən insanlar arasındadır. Ya özləri ailə qurmağı düşünürlər, ya da yaxın dostları üçün düzgün, normal yoldaş axtarırlar.  

Yaşamağı və aşiq olmağı çox sevirlər. Tək qalmaqdan qorxurlar. 

Balıqlar 

Balıqlar sevməyi və sevilməyi sevir. Onlar çox emosionaldırlar. Heç kəslə evlənmək istəməzlər, amma mövzu yaxın dostları olanda olduqca həyəcanlanırlar. Yaxşı analitik bacarıqları ilə potensialları olan cütlükləri uzaqdan tanıya bilirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5550
avatar

Sevinc Fərid

Oxşar yazılar