Sən kimsən?   - Suala cavab ver,  gələcəyini   gör
01 mart 2024 19:51 (UTC +04:00)

Sən kimsən? - Suala cavab ver, gələcəyini gör

Təsəvvür edin ki, bir filmdə məhkəmə salonu canlandırılır. Siz bu 4 roldan hansında oynamaq istərdiniz? Vəkil, şahid, dedektiv, yoxsa müqəssir?

Lent.az-ın təqdim etdiyi cavabları oxu, ruh halını, həyatını öyrən.

Vəkil

Ruhunuz yorulub. Hər gün, hər saat, hər dəqiqə güclü olmağa çalışırsan. Amma bu asan döyüş deyil, hər şeyi hamıdan gizlətmək ehtiyacı hiss edirsən. Ancaq bu vəziyyət, içində topladığın hisslər səni psixoloji olaraq bir az da yorur, həyata ümidini oğurlamağa başlayır. Bu vəziyyət xarakterini sərtləşdirir və hər kəsə qarşı bir az qəddar olmaq istəyi yaradır. Nə olursa-olsun, həyatın çətinliklərinə qarşı durmaq üçün içində bir döyüşçü ruhu var. Cırmaqlaya-cırmaqlaya qazanacaqsan.

Şahid

Həmişə bir yerə çatmağa, hamının hər şeyinə ayaq uydurmağa çalışırsan. Ancaq bu sürətli temp səni bir az tükəndirir.  Daim vəsvəsədəsən. Hər kəsin ehtiyaclarına cavab verməyə çalışarkən, öz ehtiyaclarını unudursan, özünü arxa plana atırsan. Bəzən özünü tənha hiss edirsən. Öz ehtiyaclarını ödəməli,  özünə vaxt ayırmalısan. Yalnızlıq hissi ilə qarşılaşmaqdan qorxmamalı, bu hissi qəbul etməli və onunla mübarizə aparmağı öyrənməlisən. Həyatını təkbaşına qazanmaq kimi ir yükün altına girəcəksən.

Dedektiv

Həyatın sənin üçün mürəkkəb bir labirint kimidir. Hər döngədə səni yeni bir sürpriz gözləyir. Əhval-ruhiyyən bu xaosdan çıxış yolu tapmağa çalışan kompas kimidir. Bəli, etiraf edək ki, həyat sənin üçün bir az daha çətindir. Məntiqin və uzaqgörənliyin ətrafındakıları heyran edir. Öz daxili dünyanın dərinliklərində itib gedirsən. Özünə vaxt ayırmalı və öz ehtiyaclarınla maraqlanmalısan. Özünə bir şəfqət göstər, çünki buna çox layiqsən. Ağır düşüncələrdən qurtulub, bir az daha rahat yaşamağa çalışsan çox şey dəyişər. Ətrafını yox, özünü dəyiş.

Günahkar

Həyatın rəngarəng karnavalında əhvalın çox bədbindir. Cəsarətinlə hər şeyin öhdəsindən gələ bilərsən. Super qəhrəman kimi risklərə göz yumursan. Qarşılaşdığın maneələr əhvalına mənfi təsir göstərir. Bu davamlı mübarizə həyatınızın hər anında psixologiyana xələl gətirir. Sanki bir filmin sonundakı ən dramatik səhnələri yaşayırsan. Amma unutma ki, həmişə çıxış yolu var. Bir az daha mehriban olmağa çalış, hər şey düşündüyün qədər pis, qara deyil. İşıqlı düşünsən, ömrünə işıq düşər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4620
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar