Rusiyanın paytaxtı Moskvada qəribə hadisə yaşanıb.
Lent.az xəbər verir ki, dünən Kremlin divarları yaxınlığında qeyri-adi mərasim keçirən şəxs saxlanılıb.
Polis bölməsinə aparılan şəxs buraya “sehrli xalça” sərərək kosmosla əlaqə yaratmağa çalışdığını bildirib. Psixi pozğunluğu olduğu ortaya çıxan vətəndaş psixiatriya xəstəxanasına yerləşdirilib.
Məlumata görə, bu qəribə şəxsin kimliyi artıq müəyyən edilib. Əvvəllər o, Moskva yaxınlığındakı Lopatino kəndində yaşayan 25 yaşlı bir gəncdir. Tolkienin kitablarını sevən bu gənc özünü “elflərin kral”ı hesab edirmiş. O, rəsmi olaraq adını Phoenix Antaalkar olaraq dəyişdirib.
Sözügedən şəxs ötən ilin avqustunda itkin düşüb. Həmin vaxtdan valideynləri onu axtarışa verib.