Şahzadə Diananın ən sevmədiyi yemək  hansı olub?
03 sentyabr 2025 17:28 (UTC +04:00)

Şahzadə Diananın ən sevmədiyi yemək hansı olub?

0

Şahzadə Diananın şəxsi aşpazı Daren Makqredi maraqlı bir xatirəsini bölüşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər dəfə xeyriyyə təşkilatları saraya zəng edərək “Şahzadə nə yeməyi sevir?” soruşanda o, cavab verirmiş ki, “qızılbalığı sevir”. Nəticədə, Dianaya hara getsə, daim qızılbalıq təqdim olunurdu.

Bir gün şahzadə ona gileylənib: “Mən aclıqdan ölürəm, zəhmət olmasa de ki, naharda qızılbalıq yoxdur. Hara getsəm, hər yerdə losos verirlər”.

Aşpaz sonradan etiraf edib ki, bu vəziyyətin səbəbkarı özü olub və səhvini düzəltmək üçün menyunu hər həftə dəyişməyə başlayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar