Sabah yeddi planet günəşin bir tərəfində  düzüləcək
28 fevral 2025 04:02 (UTC +04:00)

Sabah yeddi planet günəşin bir tərəfində düzüləcək

Fevralın 28-də Günəşin bir tərəfində yeddi planet düzüləcək və onların əksəriyyəti bütün gecəni adi gözlə görünəcək.

APA xəbər verir ki, bunu Sankt-Peterburqda yerləşən Tətbiqi Astronomiya İnstitutunun baş elmi işçisi Nikolay Jeleznov deyib.

O həmçinin bildirib ki, növbəti dəfə səmada belə düzülüş 2161-ci ilin mayında təkrarlanacaq.

"Dörd və ya beş planetin düzülüşü demək olar ki, hər il baş verir, lakin yeddi planetin Günəşin bir tərəfində olacağı növbəti böyük düzülüş 2161-ci il mayın 19-da baş verəcək", - o bildirib.

O, fevralın 28-də axşam saatlarında Saturn, Merkuri, Venera, Yupiter və Marsın adi gözlə görünəcəyini, Uran və Neptun isə durbin və ya həvəskar teleskopla müşahidə oluna biləcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar