Radioda inqilab - Aparıcıları süni intellektlə əvəzlədilər
27 oktyabr 2024 03:38 (UTC +04:00)

Radioda inqilab - Aparıcıları süni intellektlə əvəzlədilər

Polşada bir radio stansiyası öz efir işçilərini süni intellektlə əvəz edib.

Lent.az xəbər verir ki, Polşada fəaliyyə göstərən bir radiostansiya öz efir işçilərini işdən çıxarıb və süni intellektin yaratdığı serverlərlə yayıma başlayıb. Radiostansiyanın qərarı bütün ölkədə mübahisələrə səbəb olub.

Radionun yayım direktoru bu addımı süni intellektin cəmiyyətə təsiri ilə bağlı eksperiment kimi qiymətləndirib

Krakovda yerləşən “OFF Radio” süni intellektli aparıcıların gənc dinləyicilərə çatmağı və mədəniyyət, incəsənət və sosial mövzularda yayım etməyi hədəflədiyini açıqlayıb.

Emi, Kuba və Aleks adlı süni intellekt aparıcılarından ibarət üçlüyün təqdim etdiyi yeni proqramlar ölkə daxilində səs-küy yaradıb.

Radionun meneceri Marcin Pulit jurnalistlərin süni intellektə görə işdən çıxarılmadığını, dinləyicilərin sayının sıfıra yaxın olduğu üçün belə bir addım atdıqlarını iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058

Oxşar yazılar