QUBALI MİLYONÇULAR   Rusiyanın əmlak krallarıdır
27 yanvar 2022 11:57 (UTC +04:00)

QUBALI MİLYONÇULAR Rusiyanın əmlak krallarıdır

Əslən Azərbaycanın Quba rayonundan olan yəhudi milyonçular Qod Nisanov və Zarax İliyev Rusiyanın “əmlak kralı” reytinqinə başçılıq edirlər. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, onların keçən il əmlak icarələrindən əldə etdikləri qazancları 1 milyard 665 milyon dollara çatıb. 

“Kiyevskaya ploşad” şirkətinin sahibləri Nisanov və İliyevin icarəyə verdikləri əmlakın ümumi sahəsi 3,9 milyon kvadratmetrə qədər artıb. 


 

# 3423
avatar

Sevinc Fərid

Oxşar yazılar