Müxtəlif ölkələrdə qəribə Milad adətləri var.
Lent. az çox maraqlı Milad adətləri və qeyri-adi “yolka”lar barədə məlumat verir.
ABŞ-da hamının zəhləsi getdiyi və eyni zamanda bəyəndiyi bəzəkli Milad sviterlərini hədiyyə etmək ənənəsi var. Bu sviterlərin üzərində maral şəkilləri olur və al-əlvan rənglərlə “gəl-gəl” edir.
Braziliyada Milad bayramının artıq bu nəhəng tropik ölkənin astanasında olduğunu göstərən bir adət var. Bayramdan bir gün əvvəl ölkənin 210 milyon əhalisinin çoxu televizorların qarşısına toplaşaraq göz yaşları içində oxuyan Roberto Karlosun növbəti konsertinə baxır.
Polşa mədəniyyətində hörümçəklər firavanlıq və xeyirxahlığı simvollaşdırır. Onların əfsanələrindən birində deyilir ki, İsa doğulanda çox soyuq idi, sonra bir hörümçək onun üçün ağdan yorğan toxudu. Buna görə də Polşada Milad ağacları tez-tez süni hörümçək torları və hörümçək fiqurları ilə bəzədilir.
Milad vaxtı Cənubi Afrikanın bəzi bölgələrində həşərat yeyirlər. Qızardılmış tırtıllar olmadan heç bir Yeni il bayramı tam hesab edilə bilməz.
Yaponiyada Milad həmişə yeməklə bağlıdır və bu yemək mütləq KFC-dən olmalıdır. Bu ənənə 1974-cü ildən başlayıb vəhələ də davam edir.
İslandiyada 13 div adəti yaşayır. Div maskası geyinmiş 13 nəfər ev-ev gəzib dəcəllik edir.
Yeni ilinə rəng qatmaq istəyənlər isə qeyri-adi küknar ağacları bəzəyirlər. İndi həmin qeyri-adi Yeni il simvollarını təqdim edirik.