Nyuton qanununun tərtibində səhv aşkarlandı
30 oktyabr 2024 13:03 (UTC +04:00)

Nyuton qanununun tərtibində səhv aşkarlandı

Dünya fizikləri tərəfindən istifadə edilən Nyutonun ilk qanununun tərtib edilməsində səhv aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, buna səbəbin qanunun latın dilindən ingilis dilinə tərcümə zamanı edilən səhv olduğu üzə çıxıb.

Məlumata əsasən, bu faktı filoloq Daniel Huk aşkar edib. Bu qanunun ümumi təfsirinə görə, cisim xarici qüvvənin təsiri olmadan hərəkətsiz qalır və ya bərabər şəkildə hərəkət edir.

Bununla belə, Huk Nyutonun öz qeydlərini tədqiq edərək belə nəticəyə gəlib ki, qanunda “əgər” kimi tərcümə olunan birləşmə “çünki” kimi səslənməli idi. Beləliklə, Hukun fikrincə, Nyuton cisimlərin məhz xarici təsirin olmadığı üçün sükunətdə qaldığını müdafiə edirdi.

Tərkibindəki bu dəyişiklik Nyutonun ardıcılları arasında yaranan mübahisəni həll etməyə kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Oxşar yazılar