Niyə sarı çiçək bağışlamaq  xoş qarşılanmır?
21 sentyabr 2024 16:45 (UTC +04:00)

Niyə sarı çiçək bağışlamaq xoş qarşılanmır?

Niyə sarı çiçək bağışlamaq xoş qarşılanmır?

Xalq inancına görə, sarı çiçəklərin verilməsi ayrılıq deməkdir. Amma bu həqiqətən doğrudurmu? Sarı rəng günəş, pozitivlik və şən emosiyalarla əlaqələndirilir. Ancaq bəzi qızlar sarı çiçəklərdən hazırlanmış buketi dərhal rədd edirlər. Bəzi xalqların inancında bu hədiyyə ayrılıq və zina simvolu hesab olunur. 

Lent.az “Belə yaranıb” rubriksında sarı çiçəklərin bu kədərli “şöhrət”inin necə yaranmasından bəhs edir.

Xurafat ərəb əfsanəsindən qaynaqlanır. Sultan uzunmüddətli səfərə çıxmazdan öncə həyat yoldaşına qırmızı bir buket hədiyyə edir. Sultanın xanımı ilə gizli düşmənçiliyi olan cadugər sultana deyir ki, səhərə qədər çiçəklər saralırsa, deməli arvadı onu aldadır. Cadugərin əməli ilə çiçəklər rəngini dəyişir. Sarı çiçəkləri görən şahzadə arvadının ona sadiq olmadığını düşünüb, sevimli xanımını qətlə yetirir.

O vaxtdan bəri sarı çiçəklər xəyanətin və qaçılmaz ayrılığın xəbərçisi hesab olunur.

Çiçəkçilər qeyd edirlər ki, sarı buketlər digərlərindən daha pis satılır.

Sarı çiçəklər pis bir şöhrətə sahib olsalar da, bunlar yalnız xurafatdır. Onların heç bir elmi əsası yoxdur və real faktlarla təsdiq olunmur. Sarı çiçəklər hər yerdə ayrılıq rəmzi deyil.

Məsələn, Avropada onlar istedad və bacarıq simvolu hesab olunurlar. Onları heyran olduğunuz insanlara rahatlıqla verə bilərsiniz. Çində sarı zadəganlığın, lütfün və müqəddəsliyin rəngidir.

Psixologiyada sarı sevinc, zənginlik, firavanlıq rəngidir.

Buna görə də, bir qıza sarı lalə vermənin mümkün olub-olmaması ilə maraqlanırsınızsa, yalnız xurafatlara görə hərəkət etməyin. Sadəcə sevdiyiniz insanın zövqünü nəzərə almaq yetərlidir. Bu inancı qıran niyə siz olmayasınız?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2409
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar