Niyə banan qabığını tərəvəzlərin yanına qoyurlar? - CAVAB
08 mart 2025 12:39 (UTC +04:00)

Niyə banan qabığını tərəvəzlərin yanına qoyurlar? - CAVAB

Mağazadan alınan tərəvəzlərin çox tez quruması və ya kiflənməsi sizi narahat edirsə, problem hava ilə təmas səbəbindən yaranır. Lakin onları təzə saxlamağın sadə və təbii bir yolu var – banan qabığı!

Lent.az banan qabığının sirrini sizə təqdim edir:

1. Təbii qoruyucu qaz – etilen ifraz edir
Etilen qazı yetişmə prosesini tənzimləyir və tərəvəzlərin çox tez xarab olmasının qarşısını alır.

2. Nəmi qoruyur və tərəvəzin qurumasının qarşısını alır
Banan qabığı təbii nəmləndirici rolunu oynayır, tərəvəzlərin tez solmasını və büzüşməsini əngəlləyir.

Necə istifadə etməli?

Banan qabığını yerkökü, çuğundur və göyərti olan torbaya qoyun.
Torbanı bağlayın, amma içində bir az hava saxlayın.
Soyuducuya yerləşdirin və 24 saat sonra fərqi görün!

Yalnız təzə banan qabığından istifadə edin!

Qabıq tünd ləkəsiz və kiflənməmiş olmalıdır. Həddindən artıq yetişmiş bananların qabığı çox etilen ifraz edir və bu, əks təsir göstərə bilər.
Qabığı hər 3-4 gündən bir dəyişdirin ki, nəmlik yığılmasın. Daha yaxşı nəticə üçün tərəvəzləri torbaya qoymazdan əvvəl kağız dəsmala bükün – artıq rütubəti soracaq.

Bu metod başqa harada işləyir?

Çiyələk və moruq üçün – Qoxusunu və formasını 2-3 gün daha uzun saxlayır.
Avokado üçün – Tünd ləkələr olmadan bərabər yetişməsinə kömək edir.
Bağ və otaq bitkiləri üçün – Qurutduqdan sonra toz halına salaraq gübrə kimi istifadə edə bilərsiniz.

Banan qabığını harada istifadə etməməli?

Göbələklərlə birlikdə qoymayın – Banandan gələn qoxunu soracaq və dadını dəyişəcək.
Alma və armudla birlikdə saxlamayın – Bu meyvələrin öz etilen qazı ilə birləşərək çox tez xarab olmalarına səbəb ola bilər. Kiçik bir eksperimentlə başlayın – Məsələn, bir az göyərti və ya bir neçə yerkökü ilə sınayın. Əgər yaxşı nəticə verərsə, metoddan daha geniş istifadə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2684

Oxşar yazılar