Nənəsindən qalan miras  qadını ZƏNGİN ETDİ
03 oktyabr 2024 13:42 (UTC +04:00)

Nənəsindən qalan miras qadını ZƏNGİN ETDİ

"Antiques Roadshow" şousunun qəhrəmanı nənəsindən miras qalan “ucuz” rəsminin əslində yüz minlərlə dollar dəyərində qiymətləndirildiyini biləndə sevinc göz yaşlarını saxlaya bilməyib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı şouda onun ailəsində nəsillər boyu ötürülən rəsm əsərini təqdim edib.

Təxminən 70 il əvvəl ulu babam bu sənət əsərini sevimli həyat yoldaşına bağışlayıb. Qadının sözlərinə görə, rəsm əvvəllər iki dəfə qiymətləndirilib: 1998-ci ildə cəmi 200 dollar, 2004-cü ildə isə 50 dollar baha məbləğ deyilib. Əsl sürpriz isə Raqoda təsviri incəsənət auksionlarının direktoru Meredith Gilferty tərəfindən aparılan üçüncü qiymətləndirmə olub.

Sənətşünas şou iştirakçısından dağ səyahəti zamanı yerli amerikalıları təsvir edən rəssamı tanıyıb-tanımadığını soruşub. Qadın cavab verib ki, onun məlumatına görə, o, Fransada doğulub və Siu qəbiləsi ilə sıx əlaqəsi var.

Gilferty izah edib ki, rəssamın adı Henri Fransua Farneydir. O, altı yaşında Fransadan Pensilvaniyaya mühacirət edib və Amerika tarixi-mədəniyyətinə heyran qalaraq yerli qəbilə ilə əlaqələr qura bilib. Meredith, "Əgər bu rəsm əsərini bu gün hərraca çıxarmaq qərarına gəlsək, qiyməti 200-300 min dollar arasında təyin edərdik" deyib.

She couldn't believe how much the painting was worth (PBS)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2499
avatar

Fidan İlqar

Oxşar yazılar