Neandertallar əslində ağıllı  olublar: heyrətamiz kəşf
18 may 2026 13:34 (UTC +04:00)

Neandertallar əslində ağıllı olublar: heyrətamiz kəşf

0

İnsan əcdadları alimlərin əvvəllər yalnız homo sapiensə aid hesab etdiyi xüsusiyyətə malik olublar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırma neandertalların davranışında gözlənilməz bir xüsusiyyəti ortaya çıxarıb: onlar yalnız ovladıqları heyvanları qida kimi istifadə etməyib, həm də onların qalıqlarından əmək aləti kimi fəal şəkildə yararlanıblar.

Tədqiqatçılar Qərbi Avropadakı neandertal məskənlərini, xüsusilə Fransanın Payre bölgəsində tapılmış qeyri-adi kərgədan dişi yığımını araşdırıblar. Məhz bu fakt neandertalların kərgədan dişlərindən əmək aləti kimi istifadə etmiş ola biləcəyi hipotezini yoxlamağa qərar veriblər.

Bunun üçün tarixdə ilk dəfə olaraq kərgədan dişləri ilə arxeoloji eksperimentlər aparılıb. Məlum olub ki, dişlər dəfələrlə sərt səthlərlə təmasda olub. Alimlər ehtimallarını yoxlamaq üçün müasir kərgədan dişləri üzərində eyni hərəkətləri təkrarlayıb, faktiki olaraq neandertalların fəaliyyətini yenidən canlandırıblar.

Alimlərin sözlərinə görə, eksperimentlər neandertalların düşüncə tərzini və məntiqini daha yaxşı anlamağa imkan verib.

Tədqiqatçıların fikrincə, kərgədan dişlərindən alət kimi istifadə neandertalların yalnız ovladıqları heyvanları yeməklə kifayətlənmədiyini, həm də onların qalıqlarından sistemli şəkildə əmək alətləri hazırladığını sübut edir. Bu davranış isə bu gün yüksək inkişaf səviyyəsinin göstəricisi hesab olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar