Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...
18 sentyabr 2021 12:48 (UTC +04:00)

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib.

Dron isə yaxınlıqdakı dayanacağa enib. Bu zaman dərhal minik maşını gələrək dronu götürüb.

Narkotik bağlaması hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılıb. Bağlamanın içərisindən bir kilodan çox marixuana, tütün, üç mobil telefon, alışqan və USB çıxıb. 

Polis Virciniya Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Qrupu ilə birgə araşdırmaya başlayıb.
 

# 3915
avatar

Oxşar yazılar