Moskvada işə başladı - Bakıda nə vaxt olacaq?
07 iyul 2021 18:00 (UTC +04:00)

Moskvada işə başladı - Bakıda nə vaxt olacaq?

Rusiyanın paytaxtı Moskvada Cov.Menu adlı xidmət fəaliyyətə başlayıb. 
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Grow Food adlı qurum Covid-19 xəstələrinə evində yemək çatdırılma xidməti təşkil edib. Menyu 2 hissədən - Cov.Light - 499 rubl (11 manat), Cov.Max – 990 rubl (23 manat) ibarətdir. 
Məlumata görə, Cov.Light menyusu 3 dəfəlik, Cov.Max isə 6 dəfəlik yeməkdən təşkil edilib. ibarətdir. 
Con.Light yəni, 3 dəfəlik yemək bir qədər yüngül xəstələr üçün, Con.Max menyusu isə ağır xəstələr üçün nəzərdə tutulub. Con.Max menyusunun tərkibində balıq, müxtəlif zülallar, dəniz məhsulları meyvə, tərəvəz və vitaminli içkilər daxil edilib.
Grow Food rəsmilərinin yerli KİV-ə açıqlamasına görə, onların məqsədi pul qazanmaq yox, əksinə koronavirus xəstələrinə, xüsusən də bu bəladan əziyyət çəkən tənha insanlara kömək etməkdi.
Ekspertlərin fikrincə, Azərbaycanda belə bir xidmət fəaliyyət göstərmir. Amma belə bir quruma ehtiyac var. 
Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2910
avatar

Oxşar yazılar