Möhtəşəm foto üçün  ilan tutdu:   Başına görün nə gəldi
08 iyun 2023 00:55 (UTC +04:00)

Möhtəşəm foto üçün ilan tutdu: Başına görün nə gəldi

ABŞ-ın Virciniya ştatından olan 15 yaşlı qız möhtəşəm foto üçün zəhərli ilan götürüb və bu onun sağlamlığına ciddi təhlükə  yaradıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeniyetmənin anası Eşli Speyn hadisə barədə sosial şəbəkədə danışıb. Onun sözlərinə görə, qız çimərlik yaxınlığında dostları ilə gəzərkən ilanı görüb. Qız bunun zəhərli olmayan qarter ilan olduğunu düşünüb, şəkil çəkdirmək üçün onu tutub. Ancaq məlum olub ki, o, gürzə ailəsindən olan zəhərli ilan olan mis başlı ağızlını götürüb.

Dostlar yeniyetmənin şəklini çəkdikdən dərhal sonra ilan onun biləyindən sancıb. Qızın əli şişməyə başlayıb. Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb, həkimlər ona zəhər əleyhinə iynə vurublar. Vaxtında həkimə müraciət etmək yeniyetmənin həyatını xilas edib. Bir müddət sonra qız xəstəxanadan buraxılıb və o, hələ də qolundakı ağrılardan şikayətlənsə də, onun həyatına heç bir təhlükə yoxdur. 

Speyn sosial şəbəkədə yazıb: "Lütfən, uşaqlarınızın təbiətin gözəl olduğunu, lakin çox təhlükəli ola biləcəyini bildiyinə əmin olun".

# 4959
avatar

Oxşar yazılar