Lionel Messinin dünya çempionu olması ilə bağlı şəkli "Instagram" tarixinin ən populyar paylaşımı olub.
Lent.az-ın məlumatına görə, Messinin qələbə şəklinə 56 milyondan çox bəyənmə gəlib.
Bundan əvvəl 2019-cu ilin yanvarında paylaşılan yumurta şəkli maksimum bəyənmə almışdı. Leonun bu şəkli isə həmin yumurta paylaşımının rekordunu təzələyib.
Qeyd edək ki, ulduz futbolçunun "Instagram" hesabında 402 milyon izləyicisi var.