Basketbolçu Cedi Osmanla tezliklə nikah masasına oturmağa hazırlaşan Ebru Şahin yenə üzüyü ilə gündəmə gəlib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa 1 milyon lirə (təxminən 109 min manat) dəyərində olan üzüyü üçün özəl kassa axtarır.
Hazırda “Destan” serialında rol alan Ebru Şahin üzüyü taxa bilmədiyi üçün bu addımı atdığını bildirib.